Rusiya prezidenti Vladimir Putin payızda terror aktının törədildiyi Krım körpüsünə baş çəkib və ona baxış keçirib.

Bu barədə TASS məlumat yayıb.

Rusiya dövlət başçısının hadisə yerinə gəldiyi və avtomobili körpüdən keçdiyi dəqiqləşdirilir. Bundan əlavə, dövlət başçısı Baş nazirin müavini Marat Xüsnullinin hesabatını dinləyib.

Bundan əvvəl məlum olub ki, Krım körpüsünün oktyabrda partlayış zamanı zərər çəkmiş yolun sağ hissəsində hərəkət bərpa edilib. Dekabrın 5-i, bazar ertəsi saat 10:50-də sözügedən ərazidə yol işlərindən sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Qeyd edək ki, oktyabrın 8-də Krımski körpüsündə yük maşını partlayıb, iki vaqonun arakəsmələri qismən dağılıb, həmçinin qatarın yeddi yanacaq çəni yanıb. Daha sonra Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna xüsusi xidmət orqanları terror aktının sifarişçiləri və icraçılarıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN