Çinin “Guancha” qəzetinin oxucuları Fransa prezidenti Emmanuel Makronun guya Rusiya prezidenti Vladimir Putinin gözündə ABŞ-a qarşı düşmənçilik gördüyünü söyləməsinə lağ ediblər.

“Bəli, belə bəyanatlardan sonra nitqin gücünü itirə bilərsən”, - deyə oxuculardan biri bildirib.

Başqa bir oxucu qeyd edib ki, başqa cür ola bilməzdi, çünki ABŞ “Rusiyanı məhv etmək üçün Ukraynadan döyüş meydanı kimi istifadə edir”.

Bir istifadəçinin fikrincə, ABŞ “sülhdə vasitəçilik etmək əvəzinə” daim münaqişələri təhrik edir.

"ABŞ-ın strategiyası Vaşinqtonun hökmranlığını təhdid edən ölkələri əzmək və məhv etməkdir" deyə başqa bir oxucu yazıb.

Bəzi istifadəçilər “ABŞ-ın hərəkətləri BMT və dünya ictimaiyyəti tərəfindən pislənməlidir” fikrini bildiriblər.

Bundan əvvəl Makron yaxın vaxtlarda Vladimir Putinlə Zaporojye AES ətrafında vəziyyəti müzakirə etməyə hazırlaşdığını bildirmişdi. Lakin Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı şərh edərək, hələlik bu söhbətin dəqiq tarixinin olmadığını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN