Rusiya Federal Təhlükəsizlik Xidmətinin müstəntiqləri Moskvanın Lefortovo Məhkəməsindən Ukraynanın nəzarətsiz ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk və Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparovaya qarşı qiyabi həbs qərarı verilməsini xahiş ediblər.

TASS-ın məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ukraynalı siyasətçilər Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaqda ittiham edilərək beynəlxalq axtarışa verilib.

"Məhkəmə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.2-ci maddəsi ilə ("Ərazi hüququnun pozulması") cinayət törətməkdə təqsirləndirilən Vereşçuk İrina Andreevna və Caparova Emine Ayarovna barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qiyabi həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqdan vəsatətlər qəbul edib. Onlar beynəlxalq axtarışa veriliblər", - agentliyin həmsöhbəti bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN