ABŞ Ukraynanın döyüş meydanındakı qərarlarına hörmətlə yanaşacaq, lakin eskalasiyanı  (prosesin genişlənməsi, silahlanma, hərbi təcavüz və s. - red) təşviq etməyəcək.

BBC xəbər verir ki, bunu Rusiya Federasiyasının Ukraynanı onun hərbi infrastrukturuna hücumda ittiham etməsindən sonra ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

 “Əlbəttə, biz bunu təşviq etmədik və Ukraynanın Rusiyaya zərbə endirməsinə kömək etmədik.

Biz diqqətimizi Ukraynanın özünü müdafiə etmək üçün lazım olan imkanlara və resurslara malik olmasını təmin etməyə yönəlmişik və etməkdə davam edirik”, - Kirbi izah edib.

  Onun sözlərinə görə, ABŞ ukraynalılara  özlərini qorumaq üçün məlumat verir.

Həmçinin diqqətə çatdırıb ki, “Biz onları şübhəsiz ki, özünümüdafiə üçün resurslar və silahlarla təmin edirik, amma qərarları özləri (Ukrayna -red) verirlər.

“Bu müharibənin bütün ideyası, bütün prinsipi suverenlikdir və ruslardan fərqli olaraq biz Ukraynanın suverenliyinə hörmət edirik. Biz onları silah sistemi ilə təmin edəndə bu, artıq onlara aiddir .

  Harada istifadə edirlər, necə istifadə edirlər, bu sistem üçün nə qədər döyüş sursatı istifadə edirlər - bunlar Ukraynanın qərarlarıdır və biz buna hörmət edirik”, - o əlavə edib.

Lakin Kirbinin sözlərinə görə, Ukraynadan kənarda hər hansı eskalasiya ABŞ-ın milli təhlükəsizlik maraqları üçün yaxşı deyil.

 Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

...Qərb, Aİ ölkələri Rusiyaya qarşı indiyədək 8 sanksiya paketi tətbiq edib və 9-cu da hazırlanır... Lakin bu sanksiyalar Rusiyanın Ukraynadakı müharibəsini durdurmağa gücsüz olub... 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN