Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalının başlanğıcından bəri, fevralın 24-dən Ukrayna hərbçiləri 93 mindən çox rus işğalçısını məhv edib.

UNİAN-a istinadən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən düşmənin ümumi döyüş itkiləri təqribən 93 080 nəfər təşkil edib, onlardan 340-ı son sutka ərzində məhv edilib.

Bundan əlavə, ruslar 2937 tank (gündə 2), 5911 zirehli döyüş maşını (gündə 2), 1925 artilleriya sistemi (gündə 2), 395 reaktiv yaylım atəş sistemi, 211 zenit müdafiə sistemi, 281 təyyarə, 264 helikopter, 1603 operativ-taktiki pilotsuz uçuş aparatı (gündə 2), 592 qanadlı raket, 16 gəmi/qayıq, 4528 nəqliyyat vasitəsi və sistern (gündə 2) və 164 xüsusi texnika (gündə 1) itirib.

Rusiyaya qarşı müharibədə Ukrayna Silahlı Qüvvələrinin itkiləri

Noyabrın 30-da AK prezidenti Ursula fon der Leyen Ukraynada “20 mindən çox mülki şəxs və 100 min hərbçinin” öldürüldüyünü bildirib. Amma bu məlumatın etibarsız olduğu ortaya çıxdı, silindi.

Buna cavab olaraq Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya Federasiyasına qarşı müharibədə 13 minə qədər ukraynalı əsgər həlak olub.

Prezident Aparatının müşaviri Aleksey Arestoviç, öz növbəsində, Ukraynanın Rusiyaya qarşı müharibədə itkilərini “10-20 min arasında” qiymətləndirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN