Odessa vilayətində Ukraynanın enerji infrastrukturu obyektlərinə ziyan dəyib. Bu barədə Odessa Şəhər Şurasında məlumat verilib.

Bunun nəticəsində minlərlə abonentin işıqsız qaldığı bildirilir.

"Odessa vilayətində enerji infrastrukturu obyektlərinə ziyan dəyib. Minlərlə istehlakçı işıqsız qalıb", - Odessa Şəhər Şurasının bəyanatında deyilir.

Məlumdur ki, hazırda Odessanın xidmətləri enerji obyektlərinin işini bərpa etməyə çalışır.

Həmin ərəfədə Odessada təqaüdçülərin işıqların kəsilməsi səbəbindən yolu bağlamağa çalışdıqları bildirilirdi.

Rusiya hərbçiləri oktyabrın 10-da Ukraynanın hərbi infrastrukturuna zərbələr endirməyə başlayıb. Bu, arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığı Krım körpüsündə törədilən terror aktına cavab idi.

Qeyd edək ki, hazırda hücumların hədəfi əsasən enerji infrastrukturu obyektləridir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN