Azərbaycan Kiyevə elektrik avadanlıqları şəklində yardım göndərib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin press-relizində deyilir.

Bildirilir ki, Ukraynanın Azərbaycandakı səfirinin iştirakı ilə 45 güc transformatoru və 50 generatorun birinci hissəsinin olduğu karvan “Qobus” enerji qovşağının ərazisindən yola düşüb.

Ukraynaya göndərilən elektrik avadanlıqlarının çəkisi 52,2 tondur.

Bakı yaxın vaxtlarda Kiyevə ikinci yardım partiyasını göndərəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yükün ümumi dəyəri 1,4 milyon manatdan (800 min dollardan çox) çoxdur.

Bakının Kiyevə göndərdiyi yardımın ümumi məbləği 30 milyon manata yaxınlaşır (17,6 milyon dollardan çox).

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN