ABŞ Ukraynanı Rusiya ərazisi daxilində əməliyyatlar keçirməyə təşviq etmir. Bunu bazar günü ABC televiziyasına müsahibəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Biz, şübhəsiz ki, Ukraynanın Rusiya daxilində əməliyyatlarını təşviq və ya tövsiyə etmirik. Biz [Ukrayna tərəfinin] öz ərazisini müdafiə edə bilməsini, Ukraynadakı torpaqlarını geri almasını təmin etməyə çalışırıq", - Kirbi bildirib.

Kirbi bildirib ki, Birləşmiş Ştatlar Ukraynada münaqişənin gərginləşməsinin onların maraqlarına uyğun olmamasından irəli gəlir.

"Biz [münaqişənin] əvvəlindən monitorinq və [münaqişənin] eskalasiya risklərini diqqətlə nəzərdən keçirmək haqqında danışdıq. Çünki bu, nəinki ukraynalılar üçün yaxşı deyil, həm də bizim maraqlarımıza uyğun deyil. Bu, Rusiya tərəfi üçün də yaxşı deyil”, - deyə o bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN