“Kimsə bizim əraziyə soxularsa...”

***

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Ukrayna Rusiya Federasiyası və Belarusun Ukraynanın şimal sərhədləri yaxınlığında birgə təlimləri barədə məlumatlıdır.

O, milli telemarafonun efirində qeyd edib ki, bu təlimlər Ukrayna üçün heç də təəccüblü olmayıb.

"Həqiqətən də, bu gün orada təlimlər olub. Onların orada keçiriləcəyini bilirdik. Bu, bizim üçün gözlənilməz deyildi. Rusiya Federasiyası Belarusla birlikdə müəyyən təcavüz aktları törədərsə, hadisələrin istənilən inkişafına hazırıq", -deyə Danilov bildirib .

O, həmçinin vurğulayıb ki, Ukrayna vəziyyətin gələcək inkişafının istənilən ssenarisinə hazırlaşır. Onun sözlərinə görə, bu hazırlıqlar çoxdan başlayıb.

“Əgər kimsə bizim əraziyə soxularsa, mən ona həsəd aparmıram”, - Danilov xəbərdarlıq edib.

***

 Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

Artıq 10 aydır ki, Ukraynada müharibə gedir. Və bu dəhşətli müharibə hər gün yüzlərlə can alır...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN