Federasiya Şurasının beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov bildirib ki, ABŞ Kiyevi silahla təmin etməklə Rusiyanı NATO ilə birbaşa münaqişəyə təhrik edir.

Cabarov hesab edir ki, Qərbin son vaxtlar haqqında danışdığı “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukrayna yaraqlılarına verilməsi Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya səbəb ola bilər. ABŞ-ın Rusiya Federasiyasını qorxutmaq cəhdləri boşa çıxır.

"Birləşmiş Ştatlar bizi NATO ilə birbaşa münaqişəyə təhrik edir. Xüsusilə onlar “Patriot” hava hücumundan müdafiə sistemlərini tədarük edərlərsə. Siz nə təhlükə olduğunu başa düşürsünüz", - Vladimir Cabarov RİA Novosti-yə müsahibəsində deyib.

Xatırladaq ki, Amerika mediası ştatların Ukraynaya “Patriot” sistemlərinin tədarükünü bu həftə elan edə biləcəyini öyrənmişdi. Layihə əvvəlcə müdafiə naziri Lloyd Ostin və prezident Co Bayden tərəfindən təsdiqlənməlidir.

Rusiya bu halda Amerikanın Ukraynadakı hava hücumundan müdafiə sistemlərini qanuni məhv hədəfi hesab edəcək.

Ukrayna artıq bir neçə həftədir ki, “Patriot” sistemlərinin çatdırılmasını tələb edir. Almaniya əvvəllər bu addımdan imtina edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN