Azərbaycan Dağlıq Qarabağda humanitar böhrana səbəb olan Laçın dəhlizini bağladı və qazın verilişini kəsdi.

Erməni mətbuatının məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

"Son günlər Dağlıq Qarabağda humanitar vəziyyət son dərəcə gərginləşib. Azərbaycan əvvəlcə Laçın dəhlizini bağladı, sonra Dağlıq Qarabağı təbii qazla təmin edən qaz kəmərini bağladı. Bu təxribat xarakterli hərəkətlər nəticəsində Dağlıq Qarabağ sakinləri sərbəst hərəkət etmək hüququndan məhrum edilmiş, minlərlə insan, o cümlədən uşaqlar soyuq qış şəraitində yollarda qalmış, çoxlu ailələr qeyri-ixtiyari olaraq ayrılmış, səhhətində problem yaranmış vətəndaşlar dərmansız, 120 min insan faktiki olaraq girov götürüldü, məktəblər və uşaq bağçaları fəaliyyətini dayandırmağa məcbur edildi. Dağlıq Qarabağdakı vəziyyət humanitar böhrandır”, - deyə o bildirib.

Paşinyan həmçinin Bakını Laçın dəhlizinin blokunu açmağa çağıran bütün ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə təşəkkür edib və həmçinin “bəzi dost ölkələrin susmasından” çaşdığını bildirib.

Bazar ertəsi səhər özlərini ekoloq kimi təqdim edən bir qrup azərbaycanlı Laçın dəhlizinin qarşısını kəsib. Bu, Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə yoldur. İrəvan bu addımı rəsmi Bakının tanınmamış respublikada humanitar fəlakət yaratmağa yönəlmiş təxribatı kimi qiymətləndirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN