Yeni il ərəfəsində atəşkəs hal-hazırda mümkün deyil.

Bunu Ukrayna qoşunlarının Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov deyib.

“Müvəqqəti atəşkəslə bağlı maraqlı sual. Mən inanıram ki, tam atəşkəs yalnız yerdə bir dənə də olsun işğalçı qalmadıqda olacaq”, - deyə o, mümkün atəşkəslə bağlı suala cavab verib.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə Milad və ya Yeni il atəşkəsi mövzusunu şərh edib. Onun sözlərinə görə, bu məsələ Rusiyanın gündəmində deyil. Bundan əlavə, o qeyd edib ki, Rusiya tərəfi atəşkəslə bağlı təkliflər almayıb.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Moskvanın Ukraynadakı böhranın həllini müzakirə etməyə hazır olduğunu vurğulayıb. Diplomatın fikrincə, bu, yalnız Rusiyanın yeni reallıqlarını və qanuni maraqlarını nəzərə alan “real, icad edilməmiş təkliflər” alınacağı təqdirdə mümkün olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN