Prezidentin mətbuat katibi Dmitri Peskov Moskvanın Aİ-nin 9-cu sanksiyalar paketinə reaksiyası ilə bağlı sualı cavablandırıb. Mətbuat katibinin sözlərinə görə, cavabı tərtib etməzdən əvvəl məhdudlaşdırıcı tədbirlərin tam siyahısı ilə tanış olmaq lazımdır.

"Əvvəlcə siyahı ilə tanış olaq, rəsmi məlumat alaq, sonra bəzi cavabları formalaşdıracağıq. Hələlik heç nə açıqlanmayıb", - Peskov jurnalistlərə deyib.

Qeyd edək ki, dekabrın 7-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı sanksiyaların doqquzuncu paketini açıqlayıb. Dekabrın 15-də Reuters xəbər verib ki, AK sanksiyalarla bağlı razılığa gəlib. Fon der Leyenin sözlərinə görə, məhdudiyyətlər üç bank, dörd telekanal və müdafiə sənayesi şirkətlərinə təsir edəcək. Aİ sanksiyaların Rusiyanın pilotsuz təyyarələrə və dronlara “çıxışını bağlayacağını” gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN