Gürcüstan daha bir beynəlxalq tədbirə qatılması ilə yenidən Rusiyanı qıcıqlandıran hərbi-siyasi vəziyyətlə üz-üzədir.

Belə ki, ABŞ “Agile Spirit 2021” təlimlərində iştirak üçün Gürcüstana bir neçə yüz hərbçisini göndərməyə hazırlaşır. Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Məlumatda bildirilir ki,  ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasından Gürcüstana “Blek hovk” helikopterlərini də gətirib.

Xatırladaq ki, “Agile Spirit” təlimi Gürcüstanda iyulun 26-da start götürəcək və avqustun 6-na qədər davam edəcək. Təlimə 15 ölkədən 2500 hərbçi qatılacaq. Ən diqqəti çəkən hal budur ki, bu təlimlərdə Rusayını əsəbləşdirən ABŞ, Ukrayna və Moldova da iştirak edəcək. Rusiya isə hələki Ermənistanın nazı ilə oynamaqda davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN