Rusiya prezidenti Vladimir Putin hökumətə Rusiya Bankı ilə birlikdə bankların dələduzluğun qurbanına çevrilmiş müştərilərə kompensasiya ödəmələri məsələsinə baxmağı tapşırıb.

Bu barədə qərar Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqlarının Müdafiəsi Şurasının iclasının yekunları üzrə Prezidentin təsdiq etdiyi tapşırıqlar siyahısına daxil edilib.

"Rusiya Federasiyası Hökuməti Rusiya Bankı ilə birlikdə pul vəsaitləri fırıldaqçılıq nəticəsində oğurlanmış müştərilərə banklar və digər kredit təşkilatları tərəfindən kompensasiyaların ödənilməsi mexanizminin yaradılması məsələsini nəzərdən keçirməli və zəruri hallarda, Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər verməlidir", - təlimatda deyilir.

Bu məsələ ilə bağlı hesabat 2023-cü il iyulun 1-dək prezidentə təqdim edilməlidir.

Bundan əvvəl Rusiya Bankı vətəndaşların hesablarından oğurlanmış pulların geri qaytarılmasını təmin etmək üçün qanunvericiliyə dəyişiklik edilməsi təklifi ilə çıxış edib. Söhbət sosial mühəndislik metodlarından istifadə etməklə dələduzluq baş versə belə, oğurlanmış vəsaitlərin vətəndaşlara qaytarılmasının mümkünlüyündən gedirdi. Tənzimləyici həmçinin geri qaytarma müddətinin 30 günlə məhdudlaşdırılmasını təklif edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN