LIGA Kiyev İqtisadiyyat Məktəbinin məlumatlarına istinadən yazır ki, Rusiya qoşunları Ukraynanın enerji sisteminə 6,8 milyard dollar dəyərində ziyan vurub.

  “Noyabr ayına kimi “Rusiya ödəyəcək” layihəsinin hesablamalarına görə, təcavüzkar ölkə Ukraynanın enerji sisteminin bütün obyektlərinə 6,8 milyard dollar ziyan vurub”, - deyə qəzet yazır .

Həmçinin dağıntının miqyasının da bəzi vilayətenerjilərin büdcəsindən qat-qat böyük olduğu qeyd edilir.

 “Dövlətin və xarici həmkarların dəstəyi olmadan biz sadəcə olaraq zədələnmiş elektrik şəbəkələrini bərpa edə bilməyəcəyik”, - “Nikolev vilayet enerji”nun rəhbəri bildirib.

 Digər tərəfdən, kömək hələ də kifayət deyil. Nəşr iddia edir ki, zaman keçdikcə beynəlxalq dəstəyin daha da artmasına baxmayaraq, dövlətə məxsus vilayət enerjilərin ehtiyaclarının yalnız 30-50%-ni əhatə edir.

 LIGA-nın məlumatına görə, indi yalnız Rinat Axmetovun DTEK şirkəti elektrik şəbəkələrinin tez bir zamanda bərpası üçün daxili bazardan  fəal şəkildə avadanlıq alır.

 Ukrayna KİV-nin məlumatına görə, ötən ilin oktyabr ayından Rusiya Ukraynanın enerji infrastrukturu obyektlərinə kütləvi şəkildə hücum etməyə başlayıb və nəticədə elektrik stansiyaları və əsas yarımstansiyalar dağılıb.

 Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb. Və artıq 10-cu sanksiyalar paketinin hazırlandığı barədə də xarici KİV-də məlumatlar yayılıb...

Müharibə isə bitmək bilmir...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN