Çinin şimal-şərqində kimya zavodunda güclü partlayış baş verib.

Tezadlar.az xəbər verir ki, Liaonin əyalətində fövqəladə vəziyyət barədə Sina portalı məlumat yayıb.

Bu gün Çində kimya zavodunda güclü partlayış baş verib. Sina portalının məlumatına görə, istehsal Panjin şəhərində yerləşir. Partlayışdan sonra zavodda yanğın baş verib. Tezliklə hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib, onlar alovun qarşısını almağa və dağıntıları təmizləməyə başlayıblar.

Fövqəladə hadisənin səbəbləri və qurbanların sayı barədə məlumatlar dəqiqləşdirilir.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN