Rusiyanın Ukraynaya hərbi müdaxiləsi çoxsaylı problemləri də ölkəyə daşımaqdadır...

Rusiya Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkətinin ardınca məhbusları səfərbər etməyə başlayıb. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukraynada əsir düşən və 20 ilini Rusiya həbsxanalarında keçirən Leonid Obrazkov məlumat verib. Çoxsaylı əsirlərdən biri olan 41 yaşlı Obrazkovun sözlərinə görə, Ukraynada müharibəyə cəlbetmə koloniyanın rəis müavini vasitəsilə həyata keçirilib və o, məhkumları çağıraraq Müdafiə Nazirliyinin tələbi ilə onları “təxliyə qrupu”na qoşulmağa dəvət edib: “Bizi “iki yüzləri” (ölü – red.), “üç yüzləri” (yaralı – red.) çıxarmaq üçün cəlb etmişdilər… Biz hamımız “Vaqner” haqqında bilirdik ki, ora getməmək daha yaxşıdır – orada hər şey sərtdir. Lakin Müdafiə Nazirliyində hər şeyin başqa olduğunu düşünürdük… Orada həqiqətən evakuasiya olduğuna daha çox inam var idi”. L. Obrazkov onlara pul vəd edildiyini də əlavə edib və bildirib ki, sonda səfərbər edilən məhbuslar cəbhə xəttində səngərlərdə qalıblar: “Ukrayna hərbçiləri səngərə çıxanda gördülər ki, bizdə silah yoxdur, ümumiyyətlə heç nə. Silahların hamısı qırılmış idi. Heç qumbaralarımız da yox idi. Biz səngərdən çıxanda soruşdular: “Vaqner”? Biz: “Yox, Müdafiə Nazirliyi”. Özləri də təəccübləndilər”. O, bildirib ki, Putin artıq kimi gəldi müharibəyə göndərir...

Müharibə isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN