Fevralın 7-də axşam Nümayəndələr Palatası və Konqres Senatında çıxışı zamanı ABŞ prezidenti Co Bayden yalançı adlandırılıb. Amerika lideri "Birliyin vəziyyəti" ilə bağlı illik müraciəti ilə çıxış edib.

Tezadlar.az xəbər verir ki, qışqırıqlar Bayden respublikaçıları yaşlılar üçün rifah və tibbi xidmət proqramlarını kəsmək istəməkdə ittiham etmək qərarına gələndə başlayıb. Buna cavab olaraq prezidenti yalançı adlandırıblar. Xüsusilə Konqres üzvləri Marjorie Taylor Green və Beth Van Dyne bunu açıq şəkildə ediblər.

Daha sonra immiqrasiya, dövlət borcu və başqaları kimi bir çox məsələlərin müzakirəsi zamanı narazı siyasətçilər Baydeni fitə basıblar.

"Onun üzünü düz tutub bizə bir çıxış yolu olduğunu söyləməsi, sərhədi bir hərəkətlə bağlaya bilməsi məni incidir, heç nə etmədi", - Tennessi ştatından olan Nümayəndələr Palatasının üzvü Endi Oqles bildirib.

Bundan əvvəl rusiyalı senator Aleksey Puşkov bildirmişdi ki, ABŞ-da tezliklə hakimiyyətin maraqları ilə vətəndaşların özləri arasında uçurum yarana bilər.

Kənan ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN