Prezident Ərdoğan zəlzələnin 4-cü günündə bölgədə araşdırmalarını davam etdirir. Bu dəqiqələrdə Ərdoğan Qaziantepdə verdiyi açıqlamada zəlzələdə həyatını itirənlərin sayının 14 min 14-ə yüksəldiyini bildirib.

Tezadlar.az bu barədə haberglobal-a istinadən xəbər verir.

Ərdoğan zəlzələdən zərər çəkmiş şəhərlərdə həyatını itirənlərə rəhmət, yaralılara isə şəfa diləyib: "Ekologiya və Şəhərsalma Nazirliyi olaraq məqsədimiz bir il ərzində evlərimizi tikməkdir. Keçid prosesində vətəndaşlarımıza hər birinə 10 min lirə yardım edəcəyik. Bir tərəfdən konteyner işlərimiz davam edir. Növbəti konteynerləri bu 10 əyalətə paylayacağıq. Karvan işimiz davam edir.

Təəssüf ki, prosesi siyasi istismara çevirmək istəyənlər də var. Mənim vətəndaşım bu sui-istifadəyə yol verməz. Parlamentdə bu gün keçiriləcək səsvermə ilə fövqəladə vəziyyət qüvvəyə minəcək. Biz dövlətə bütün sələmçilərə, fitnə-fəsadçılara müdaxilə etmək hüququ verəcəyik".

Prezident Ərdoğan Qaziantepdə verdiyi açıqlamada "Bu gün TBMM-də keçiriləcək səsvermə ilə fövqəladə vəziyyət qüvvəyə minəcək. Bütün sələmçilərə və fitnəçilərə qarşı dövlətə müdaxilə haqqını verəcəyik", - deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN