Qərb dövlətlərinin Rusiyanı təcrid etmək planları diplomatların səyi nəticəsində puça çıxdı. Bu bəyanatla fevralın 10-da Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Kreml rəsmi saytında Rusiya liderinin teleqramını dərc edib. Putin orada diplomatları peşə bayramı münasibətilə təbrik edib.

“Əsasən sizin səyləriniz sayəsində artıq nəinki kollektiv Qərbin ölkəmizi təcrid etmək planlarını pozmaq, həm də dünya birliyinin əksər üzvləri ilə əməkdaşlığı intensivləşdirmək mümkün olub”, - deyə o vurğulayıb.

Mətndə həmçinin qeyd edilir ki, Moskva bütün çətinliklərə baxmayaraq, Avrasiya məkanı, Yaxın Şərq, Afrika, Latın Amerikası və Asiya-Sakit okean regionu dövlətləri ilə münasibətləri inkişaf etdirməkdə davam edir.

Putinin sözlərinə görə, hətta ən çətin dövrlərdə də diplomatlar öz vəzifələrini mükəmməl şəkildə yerinə yetirib və digər vətəndaşlar üçün vətənpərvərlik və cəsarət nümunəsi olublar. İndi isə bu mütəxəssislərin ən yaxşı keyfiyyətlərinə Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibəsi səbəbindən böyük tələbat var.

Sonda dövlət başçısı diplomatlara bundan sonra da maksimum səmərəliliklə ölkənin rifahı naminə işləməyi, yeni peşəkar uğurlar qazanmağı arzulayıb. Putin isə sənaye veteranlarına xoş əhval-ruhiyyə, cansağlığı və uzun illər arzulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN