Konyadan olan xilasedici Türkiyənin Hatay vilayətində dağıntıları təmizləyərkən içərisində 4 milyon dollar olan çanta tapıb. Ancaq dolların saxta olduğu üzə çıxıb.

Bu barədə “A Haber” məlumat yayıb.

Telekanalın məlumatına görə, Mehmet Özber Uslu adlı xilasedici çantanı dağıntılar arasında tapıb və dərhal polisə təhvil verib. Pulun saxta olduğu üzə çıxsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin əməlini yüksək qiymətləndiriblər.

"Axtarış-xilasetmə dəstəsinin əməkdaşının davranışı təqdir edilib", - məlumatda deyilir.

Xatırladaq ki, son 80 ilin ən güclü zəlzələsi fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində baş verib. Son məlumatlara görə, qurbanların sayı 20 min nəfəri keçib. Axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.

Regionun digər ölkələri də afterşoklardan əziyyət çəkib. Son günlər Suriyaya humanitar yardımın çatdırılmasında yaranan çətinliklərlə bağlı beynəlxalq qalmaqal alovlanıb. Qərb sanksiyaları buna mane olur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Qərb dövlətlərinin məntiqi qeyri-insanidir.

Bu arada Rusiya xilasediciləri Türkiyə və Suriyada işləyir. Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin qruplaşması ən böyüklərdən biridir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN