Türkiyəni dərindən sarsıdan zəlzələlərdən 10 gün keçir. Axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri davam edir.

Tezadlar.az haberglobal-a istinadən xəbər verir ki, Hatayın mərkəzi Antakya mahalı Oymak küçəsində baş verən zəlzələ nəticəsində dağılan Uğur Mənzilinin dağıntıları üzərində işləyən axtarış-xilasetmə qrupları bir qadın və iki uşağa çatıb.

Belə ki, Hatayda zəlzələnin 228-ci saatında adının Ela olduğu öyrənilən ana və iki uşağı sağ-salamat xilas edilib.

Ana və uşaqları təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN