ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Ukraynanı Krım üzərində nəzarəti bərpa etməyə cəhd etməyə fəal şəkildə təşviq etmədiyinə işarə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən yazır.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Blinken fevralın 15-də bir qrup ekspertlə onlayn söhbət zamanı bu mövzuda danışıb. Onun sözlərinə görə, ABŞ administrasiyasında Kiyevin yarımadaya mümkün hücumu Rusiya üçün “qırmızı xəttin” keçməsi deməkdir.

Dövlət katibi onu da əlavə edib ki, Krıma nəzarəti bərpa etmək cəhdi Rusiya tərəfinin daha böyük reaksiyasına səbəb ola bilər. Eyni zamanda, ABŞ administrasiyası belə bir əməliyyatın başlanması ilə bağlı yekun qərarın Vaşinqtonda deyil, Kiyevdə veriləcəyini vurğulayır.

Fevralın 8-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Kiyev ölkəyə ziyan vuran “müəyyən Rusiya obyektlərini məhv etməlidir”. Daha sonra Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev cavab verdi ki, Krıma hücum olarsa, Ukrayna istənilən növ silahlarla vurula bilər. O xatırladıb ki, beynəlxalq hüquq xalqın iradəsinə hörmət etməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN