Türkiyədə baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 36 mini keçib.

Tezadlar.az xəbər verir ki, bu barədə hökumətin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

"Fevralın 6-da Kahramanmaraş vilayətində baş verən zəlzələlər nəticəsində indiyədək 36 187 nəfər ölüb. 108 068 nəfər xəsarət alıb. İlk zəlzələdən indiyədək bölgədə 4,3 mindən çox təkrar təkan qeydə alınıb", - agentlikdən məlumat verilib.

AFAD əlavə edib ki, hazırda təbii fəlakət zonalarından müvəqqəti olaraq başqa bölgələrə köçürülənlərin sayı 216 min nəfərdən çoxdur.

Çərşənbə günü AFAD-ın risklərin minimuma endirilməsi şöbəsinin müdiri Orxan Tatar bildirib ki, ən güclü iki zəlzələnin (7,7 və 7,6 bal gücündə) ümumi müddəti 2 dəqiqə olub. İdarənin mütəxəssislərinin məlumatına görə, torpaq 7,3 metr sürüşüb. Sərbəst buraxılan enerjinin ümumi miqdarı 30 katrilyon joul idi, - Tatar qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN