Ukrayna Silahlı Qüvvələrinin komandanlığı (USQ) Rusiya hərbçilərinə qarşı müqavimət göstərmək üçün əvvəllər Xarkov və Xerson istiqamətində dislokasiya olunmuş Krasnolımansk istiqamətində öz bölmələrinin qüvvə və vasitələrini gücləndirir.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a LPR-nin xalq milislərinin polkovnik-leytenantı, istefada olan Andrey Maroçko bildirib.

O, Krasnolimansk istiqamətində, Nikolaevka qəsəbəsi yaxınlığında, əvvəllər Xerson istiqamətində və Xarkov şəhərinə yerləşdirilən Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin gəldiyini deyib.

Maroçko qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Rusiya qüvvələrinin hücum bölmələrinə qarşı çıxmaq üçün Krasnolimanski istiqamətində müdafiə xətlərini gücləndirir. “Gələn bölmələrin əsas vəzifəsi Slavyansk və Krasnıy Liman istiqamətində müdafiə xətlərini gücləndirmək, həmçinin Severski Donets çayını keçmək üçün alternativ yolları qorumaqdır”, - o deyib.

Dünən Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib ki, bir sutka ərzində Krasnolimansk istiqamətində 100-dən çox ukraynalı əsgər həlak olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN