Rusiyalı topçular Xerson vilayətində Amerikanın RLS AN/TPQ-36 radiolokasiya stansiyasını, həmçinin onu daşıyan pikapı məhv ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika istehsalı olan stansiya fevralın 18-də Daryevka qəsəbəsi yaxınlığında aşkar edilərək zərərsizləşdirilib. Atışma zamanı 4 ukraynalı hərbçi həlak olub, biri yaralanıb.

Həmçinin, agentliyin həmsöhbəti Ukraynanın MSTA-B haubitsasının və onun üçün sursatın məhv edilməsindən xəbərdar olub. "İtkilər: Ukrayna Silahlı Qüvvələrinin (AFU) altı hərbçisi ölüb, ikisi yaralanıb", - o deyib.

Bundan əvvəl Donetsk Xalq Respublikasının (DXR) səlahiyyətlərini icra edən rəhbərinin müşaviri Yan Qaqin bildirmişdi ki, Artemovskda Ukrayna Silahlı Qüvvələrinin təchizatı demək olar ki, tamamilə dayandırılıb. Qəsəbə əməliyyat mühasirəsinə düşüb və rus hərbçiləri onun hüdudları daxilində hücumu davam etdiriblər. Orada şiddətli döyüşlər davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN