Türkiyə İranda kömür mədənində baş verən partlayışda həyatını itirənlər ilə əlaqədar bu ölkəyə başsağlığı verib.

TEZADLAR.AZ xəbər veriri ki, Türkiyə Xarici İşlər Nazirliyi İranın şərqindəki Cənubi Xorasan əyalətindəki kömür mədənində baş verən partlayışla bağlı bəyanat yayıb.
Bəyanatda hadisə nəticəsində çox sayda mədənçinin həyatını itirdiyi və yaralandığı, bəzilərinin isə mədəndə qapalı qaldığı bildirilib.
Bəyanatda həmçinin bu ifadələrə yer verilib: ''Partlayış nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyirik. İran xalqına başsağlığı veririk. Mədəndə qalanların ən qısa zamanda xilas ediləcəyinə ümid edirik''.
Cənubi Xorasan vilayətindəki kömür mədənində metan qazının cəmləşməsi səbəbindən baş verən partlayışda 34 nəfərin öldüyü bildirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN