Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı Ukraynanın ordusuna çevrilib, çünki bu münaqişə Avropanın təhlükəsizliyinə ekzistensial təhdiddir. Bu barədə fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında Avropa İttifaqının Xarici Xidməti məlumat verib.

"Biz Ukrayna ordusuyuq, çünki bu müharibə bizim təhlükəsizliyimizə, ekzistensial çağırışdır", - Borrell deyib.

Diplomat qeyd edib ki, Ukrayna Qərb ölkələrindən az miqdarda sursat alır, silah təchizatı isə kifayət qədərdir.

“Problem budur, Zelenskinin daha az alqışlanması, lakin döyüş sursatının tədarükü vacibdir”, - deyə Borrell bildirib.

Çıxışı zamanı Borrell Aİ-ni Avropa ordusunu silah və sursatla təmin etmək üçün texnoloji blitskrieg başlamağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN