Krımda ukraynalı oliqarxların, siyasətçilərin və iş adamlarının 700-ə qədər əmlak obyekti milliləşdirilib. Bunu RİA Novosti-yə yarımada parlamentinin rəhbəri Vladimir Konstantinov deyib.

Onun sözlərinə görə, əmlakı dövlət mülkiyyətinə keçən Ukrayna vətəndaşları siyahısında Rinat Axmetov, İqor Kolomoyski, Arseni Yatsenyuk, Nestor Şufrıç, Serhiy Taruta və başqaları var. Onların əmlakının satışından əldə olunan gəlir xüsusi hərbi əməliyyatın ehtiyaclarına gedəcək.

“Bunlar torpaq sahələri, müxtəlif tikililər və binalar, tikintisi davam edən, anbarlar və s.”, - Konstantinov bildirib.

O əlavə edib ki, ukraynalı iş adamları yarımadanın mülkiyyəti ilə bağlı hakimiyyət orqanlarının mövqeyinə məhəl qoymadan Rusiya regionunun sakinlərinə pul qazandırmaqdan çəkinmirlər.

“Təbii ki, Krımda pul qazanıb onu vətəndaşlarımıza, əsgərlərimizə qarşı yönəldənlərin heç bir prinsipi və vicdanı yoxdur”, - deyə parlament sədri izah edib.

Bundan əvvəl Krımın rəhbəri Sergey Aksyonov Ukrayna prezidenti Vladimir Zelenskinin Livadiyadakı mənzilinin də milliləşdiriləcəyini bildirmişdi. O, aydınlaşdırıb ki, hakimiyyət yalnız yarımadada müəssisələrə sahib olan Ukrayna vətəndaşlarının Rusiyaya qarşı düşmənçilik nümayiş etdirdiyi təqdirdə milliləşdirmə barədə qərar qəbul edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN