Yaponiya Şimali Koreyanın raket buraxılışına görə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib. Müvafiq bəyanatla Yaponiyanın baş naziri Fumio Kişida çıxış edib.

Onun sözlərinə görə, qitələrarası raketin buraxılışından sonra ballistik raketlər buraxılıb.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu, Yaponiyanı çox narahat edib.

Bundan əvvəl Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın iki ballistik raket buraxdığına aydınlıq gətirib. İlk raket 100 kilometr yüksəklikdə uçub, uçuş məsafəsi 400 kilometr idi. İkincisi müvafiq olaraq 50 və 350 kilometrdir.

Yaponiya hökuməti raket buraxılışına görə Şimali Koreyaya kəskin etirazını bildirib.

Koreya Respublikası isə KXDR-in raket proqramı ilə bağlı ola biləcək dörd şəxs və beş təşkilata qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN