ABŞ prezidenti Co Bayden Polşaya gözlənilən səfəri çərçivəsində NATO-nun şərq cinahının liderləri ilə görüşməyi planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

Onun sözlərinə görə, görüş zamanı Amerika lideri ABŞ-ın NATO-nun təhlükəsizliyinə sarsılmaz dəstəyini bir daha təsdiq edəcək. Jan-Pyer qeyd edib ki, Ağ Ev rəhbəri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının ildönümü ərəfəsində də çıxış edəcək.

Amerika prezidenti fevralın 20-də Varşavaya uçacaq. Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonun Avropaya səfəri zamanı Co Baydenin Ukraynaya səfəri ehtimalını istisna etdiyini bildirmişdi.

2022-ci ilin iyulunda Ukrayna Prezidenti Vladimir Zelenski Baydenin Ukraynaya gəlməsinə mane olan “anlar” haqqında danışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN