Rus işğalçıları Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirmək cəhdlərindən əl çəkmirlər, Ukrayna qüvvələrinin vəzifəsi isə düşməni tükəndirmək və ona böyük itkilər verməkdir.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski Telegram-da belə deyib. Sitat: “Ruslar əsas səylərini Baxmut istiqamətində cəmləməyə çalışırlar, şəhəri mühasirəyə almaq və ələ keçirmək cəhdlərindən əl çəkmirlər.
İndi düşmən qələbəyə nail olmaq üçün bütün yaxşı hərbi hissələrini cəbhəyə atıb. Bizim vəzifəmiz mümkün qədər daha çox düşməni məhv etmək və hücum hərəkətlərinə keçə bilmək üçün ilkin şəraittlər yaratmaqdır. Qarşımızda olan düşmən birləşmələrinə son qoymaq lazımdır”.
Xatırladırıq ki, artıq dünəndən Almaniya 18 "Leopart2" tanklarını Ukraynaya göndərib. Rusiya TV-ləri həyəcanlı xəbərlər paylaşır. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA