Rusiya rəhbərliyinin Çin rəhbərinə hansı ölkələrlə danışıqlar aparıb, hansı ölkələrlə danışmamağı məsləhət görməyə hüququ yoxdur. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Zelenskinin Çin prezidenti Si Tsinpinlə görüşə hazır olması barədə Kremlin nə düşündüyü sualına cavab verib.

"Biz Çin Xalq Respublikasının balanslaşdırılmış mövqeyini bilirik, biz bunu yüksək qiymətləndiririk və inanırıq ki, müəyyən təmasların məqsədəuyğunluğuna Çin lideri özü qərar verir. Bizim burada heç bir məsləhət verməyə hüququmuz yoxdur", - Peskov bildirib.

Martın 28-də Zelenski Çin rəhbəri ilə görüşməyə hazır olduğunu bir daha bəyan edib və medianın məlumatına görə, Si Cinpinə Ukraynaya dəvət göndərib. Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, iki ölkə liderlərinin mümkün görüşü barədə onlarda məlumat yoxdur, lakin Pekin Ukraynada münaqişənin bütün tərəfləri ilə ünsiyyətin tərəfdarıdır.

Zelenski bundan əvvəl Si Cinpinqlə danışmaq istədiyini bildirib. Müvafiq mesaj diplomatik kanallar vasitəsilə göndərilib.

Xatırladaq ki, mart ayında Qərb mediası Brüsselin Pekini Kiyevlə danışıqlara “sövq etdiyini” yazmışdı. Məlumdur ki, Ukrayna prezidenti Vladimir Zelenski hələ də Çindən cavab gözləyir və Çin nümayəndə heyətinin Moskvaya səfəri zamanı Si Cinpinlə danışmağa çalışıb.

Martın 24-də prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Zelenski ilə Çin prezidenti Si Cinpin arasında danışıqlar planlaşdırılır, lakin ÇXR-in mövqeyinə görə danışıqların təşkilində bəzi çətinliklər var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN