Zaporojye AES ətrafında vəziyyət yaxşılaşmır, burada hərbi əməliyyatlar güclənir.

Tezadlar.az xəbər verir ki, bunu çərşənbə günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi stansiya ilə tanışlıqdan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Aydındır ki, vəziyyət yaxşılaşmır, əksinə, bu ərazi ətrafında hərbi əməliyyatlar intensivləşir", - o deyib.

Qrossi həmçinin bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasını istənilən hücumdan qorumaq üçün bütün mümkün tədbirlər görülməlidir.

Qeyd edək ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Çərşənbə günü Qrossinin altı ayda stansiyaya ikinci səfəri baş tutur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN