Ukrayna Silahlı Qüvvələrinin Artemivskdə məğlubiyyətinin Kiyev üçün nəticələrindən danışan Vladimir Zelenski əslində minlərlə ukraynalının həyatını qurban verməyə hazır olduğunu etiraf edib.

Tezadlar.az xəbər verir ki, bu fikri ABŞ kəşfiyyatının keçmiş zabiti polkovnik Duqlas Makqreqor deyib.

Bundan əvvəl Zelenski “The Associated Press”ə müsahibəsində Ukrayna hərbçilərinin Artemivskdə məğlub olacağı təqdirdə Kiyevin beynəlxalq ictimaiyyətin və ukraynalıların təzyiqi ilə üzləşəcəyini və Rusiya Federasiyası ilə güzəştə getməyə sövq ediləcəyini bildirib.

Judging Freedom YouTube kanalında Makqreqor deyib: “Zelenski əslində on minlərlə insanın həyatını qurban verməyə hazır olduğunu etiraf etdi”.

Keçmiş ABŞ kəşfiyyatçısının sözlərinə görə, Qərbdə Kiyevin “Rusiyaya qarşı mübarizədə qalib gələ biləcəyi” təəssüratı yaratmaq üçün Zelenskiyə böyük qurbanlar lazımdır.

Martın 29-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qüvvələrinin Artemovskdakı uğurunu etiraf edərək qeyd edib ki, dəstələr şəhərə hücumu davam etdirirlər. Son bir həftə ərzində Kiyev rejimi Artemovsk uğrunda gedən döyüşlərdə 4,5 minə qədər əsgər itirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN