Fransanı yeni iğtişaş dalğası bürüyüb. İndi minlərlə nümayişçi pensiya islahatına deyil, onların fikrincə, nümayişləri çox qəddarcasına dağıtan polisin cəzalandırılmasını tələb edirlər.

Tezadlar.az xəbər verir ki, vətəndaşların qəzəbini keçən həftə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda iki etirazçının az qala öldürüldüyü Sainte-Solin şəhərindəki hadisələr daha da alovlandırıb.

fransa-eti-ak-5

Həmin gecə Lion, Tuluza, Renn, Marsel, həmçinin Paris və bir çox digər böyük şəhərlərdə polis zorakılığına qarşı şüarlar səslənib. Nümayişçilər tonqal yandırıb və küçələrə tonlarla zibil atıblar.

Beşinci Respublikada pensiya islahatına qarşı çıxmaq getdikcə çətinləşir. Parislilər özləri də əsəblərə dözə bilmir, kimsə evin pəncərəsindən etirazçılara atəş açıb. Prezidentə qarşı yazılar üçün polis indi qeydiyyata alınır. Sosial şəbəkələrdə Makronu təhqir edən fransız qadını indi altı ay həbs gözləyir.

fransa-et-aks

Xatırladaq ki, hazırda Fransada etirazlar tüğyan edir. Vətəndaşların narazılığına səbəb isə hakimiyyətin pensiya islahatı ilə bağlı qərarı olub ki, bu da pensiyanın əvvəlki kimi 62 yaş deyil, 64 yaşda olmasını nəzərdə tutur.

Martın 23-də Fransa lideri Emmanuel Makron “France 2” telekanalına müsahibə verib və özünün islahatdan razı olmadığını bildirib. O, bu yeniliyi qəbul etməyin vacibliyinin əhaliyə çatdırılmamasından təəssüfləndiyini də bildirib. Makronun televiziyada çıxışının vətəndaşları sakitləşdirəcəyi güman edilirdi, lakin effekt tam əksinə olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA