Yazın gəlməsinə baxmayaraq, martın 30-u gecə saatlarından başlayaraq Daşkəsən rayonuna güclü qar yağır, şaxtalı qeyri-sabit hava şəraiti davam edir.

Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Çıraqlı, Əmirvar, Zinzahal, Qabaqtəpə, Astaf, Alaxançallı, Qaraqullar kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.

img-20230401-wa0001

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün ərazilərə qum-duz qarışığı səpilir.

Qazın, işığın və içməli suyun verilişində heç bir problem yoxdur.

Elmar Əliyev – Vüqarlı,  

Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA