NATO ölkələri Ukraynaya iki batalyon “Leopard 2” tankı və dörd batalyon “Leopard 1” tankı göndərəcək, lakin planlaşdırılandan artıq olmayacaq.

“Welt am Sonntag” qəzeti xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius tədarüklərin artırılmasından danışıb.

“Mən Ukraynaya elan ediləndən artıq əlavə “Leopard”ların göndərilməsinin mümkün olacağı bir ssenari görmürəm”, - o deyib.

Pistorius qeyd edib ki, son tankları Kiyevə göndərmək qərarına gələ bilməz, çünki xərclənməsi mümkün olmayan ehtiyatlar var.

Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnik bir müddət əvvəl bildirmişdi ki, ölkə Qərbdən 50-60-a yaxın tank alıb, lakin bu, əks-hücum üçün kifayət deyil. Onun sözlərinə görə, Rusiya gündə 10-a qədər tank istehsal edə və ya istifadəyə verə bilər. Melnik Kiyevin uzun müddət həlledici üstünlüyə nail ola bilməyəcəyinə inanır və Qərbin Ukraynaya hərbi yardım məsələsində qırmızı xətlərin olmamasına diqqət çəkib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA