Xəzər rayonunun Binə qəsəbəsində yaşayan N.İsmayılov rayon polis idarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 2003-cü il təvəllüdlü qızı Əfsanənin yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmaması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşən şəxsin Əfsanənin boyu 160 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları qaradır.

Əfsanə İsmayılova barəsində məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050 257-55-55, 012 590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum istiqamətdə getmiş və itkin düşmüşdü. Həmin vaxt 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri müəyyən edilmiş və Əfsanə tapılaraq ailəsinə təhvil verilmişdi.

 TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA