Kamçatkada baş verən güclü zəlzələdən sonra, aprelin 3-də növbəti silsilə təkanlar baş verib.

Tezadlar.az Kamçatka Geofizika Xidmətinin saytına istinadən xəbər verir ki, yeni təkanların maqnitudası 4,6, 4,0, 3,7, 3,6 və 4,1 bal təşkil edib. Onların hamısı Sakit Okeanda, əvvəlki zəlzələnin baş verdiyi ərazidə - Petropavlovsk-Kamçatskidən təxminən 50 kilometr aralıda qeydə alınıb.

Bundan əvvəl Kamçatka sahillərində 6,9 bal gücündə zəlzələnin baş verdiyi bildirilmişdi, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb. İlkin məlumatlara görə, yeraltı təkanların episentri Açinsk körfəzi sularında, 99,5 km dərinlikdə yerləşib. Seysmoloqlar maqnitudanın 6,9 olduğunu müəyyən ediblər. Sunami təhlükəsi yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA