Almaniya və Polşadan Ukraynaya müasir tankların verilməsi cəbhədə vəziyyəti dəyişib...

Rusiyanın nüvə müharibəsi hədələrinə baxmayaraq Ukraynanın Liman, Baxmut, Avdiyvka və Marinka yaşayış məntəqələri uğrunda şiddətli döyüşlər yenidən vüsət alıb. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna MN-nin Baş Qərargahı belə məlumat yayıb. Bildirilir ki, ötən gün ərzində Ukrayna Müdafiə Qüvvələri rusların 4 istiqamətdə 69 hücumunu dəf edib. Qeyd olunub ki, Baxmut istiqamətində Rusiya ordusu Baxmut şəhərini tam nəzarətə götürməyə çalışır və ora hücuma davam edir. Bundan əlavə, Baş Qərargahın məlumatına görə, Rusiya qüvvələri ötən gün ərzində 3 raket və 21 hava hücumu həyata keçirib və çoxsaylı raket sistemlərindən 33 dəfə atəş açıb.

 Ukrayna qüvvələrinə gəlincə, Baş Qərargah bildirir ki, son 24 saat ərzində Ukrayna aviasiyası işğalçıların şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 5 zərbə endirib, həmçinin rusların kəşfiyyat xarakterli pilotsuz uçuş aparatını vurub. Raket və artilleriya bölmələri Rusiyanın canlı qüvvəsinin toplandığı əraziyə də zərbələr endirib.

Müharibənin belə bir qızğın vaxtında isə xarici kəşfiyyat mənbələri Kremldə Putini aradan götürməklə müharibəni dayandaırmaq barədə gizli danışıqların getdiyini aydınlaşdırıb. Media bu məlumatları ictimailəşdirməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA