Hindistanda qar uçqunu nəticəsində azı 7 nəfər ölüb, 23 nəfər yaralanıb, onlarla insan qarda qalıb.

Tezadlar.az xəbər verir ki, NDTV kanalı qurbanların sayının artdığını bildirir.

Hindistanın şimal-şərqindəki Sikkim əyalətində, yerli hakimiyyət orqanlarının məlumatına görə, 20-30 nəfər Himalay dağlarında qar altında qalıb.

Qar uçqunu aprelin 4-də saat 12:15 radələrində (Bakı vaxtı ilə 10:45) Cəvahirləl Nehru magistralının Natu-La aşırımının yaxınlığında düşüb. Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər. Uçqun baş verən zaman ərazidə 150-yə yaxın insan olub, əksəriyyəti öz gücü ilə çıxa bilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA