Aprelin 6-da Primoryedə kənd məktəbində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın rayonun Zavodskoy kəndindəki təhsil müəssisəsində baş verib. Hadisə yerli vaxtla səhər saat 9-da baş verib. Yanğın səbəbindən 444-ü uşaq olmaqla 488 nəfər təxliyə edilib.

"Yanğınsöndürənlər gələn zaman binanın 1-ci və 2-ci mərtəbələrində güclü tüstülənmə müşahidə olunub, elektrik lövhəsi yanıb. Yanğınsöndürənlər yanğınsöndürən balon vasitəsilə yanğını tez bir zamanda söndürüblər. Yanğın nəticəsində təxminən 2 kvadratmetr sahədə elektrik lövhəsi yanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğının naqillərdəki qısaqapanmadan baş verdiyi məlum olub. Hadisə yerinə ümumilikdə 3 texnika və 13 xilasedici çıxıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA