Ukrayna Prezidenti Vladimir Zelenski Telegram-da Polşaya səfərini şərh edərək, bunu qələbəyə doğru daha bir addım adlandırıb.

Tezadlar.az xəbər verir ki, Ukrayna lideri göstərdiyi dəstəyə və hərbi yardıma görə Varşavaya təşəkkür edib.

V.Zelenski daha əvvəl videomüraciətində Kiyevin Varşavadan 200 ədəd “Rosomak” zirehli transportyoru, özüyeriyən minaatan, əlavə raketlər və MiQ qırıcıları alacağını bildirib.

O, aprelin 5-də həyat yoldaşı Yelena ilə Polşaya gəlib. V.Zelenski Polşa prezidenti və baş nazir Mateuş Moravetski ilə görüşüb. Bundan əlavə, Polşa prezidenti Anjey Duda Zelenskiyə ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenini təqdim edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA