Bir müddət əvvəl Gürcüstanın Tbilisi şəhərində Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin heykəlinin açılış mərasimi keçirilmişdii.

Lakin heykəlin qoyulmasından bir ay keçməmiş ona qarşı vandalizm aktı törədilib. Tbilisi şəhər meri Kaxa Kaladzenin məlumatına görə, abidəyə zərər yetirilib:" Heykəldən eynək oğurlanıb. Bununla bağlı nə deyəcəyimi bilmirəm”, - deyə o söyləyib.

Qeyd edək ki, məlum hadisənin oxşarı bir neçə ay əvvəl Ermənistanda - İrəvanda da baş vermişdi. Mahatma Qandinin İrəvanda qoyulmuş heykəli təhqir olunmuşdu. Erməni vandalları heykəli yumurta atəşinə tutaraq üzərindəki Mahatma Qandi yazılmış lövhəni sökmüş, daha sonra heykəli yandırmışdılar. Baş vermiş vandalizm aktından sonra isə günahkarların tapılaraq cəzalandırılması barədə də heç bir məlumat yayılmamışdı. Hətta "İrəvanın alternativ meriyası" ictimai Birliyi heykəlin sökülməsi barədə çağırış etmişdi. "Qandi ermənilərə nifrət edib və Atatürkün müttəfiqlərindən olub. İrəvanda ona yer yoxdur, biz heykəlin sökülməsi uğrunda mübarizə aparacağıq", - deyə çağırışda bildirilirdi.

İndi isə bu hadisə Gürcüstanda baş verir... Erməni vandalizmi, faşizmi sərhəd tanımır. Gürcüstanda isə kifayət qədər erməni yaşayır...

JASMİN  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN