Qərbin Ukrayna münaqişəsində məqsədi Rusiyaya strateji məğlubiyyət verməkdir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatından olan həmkarları ilə görüşündə deyib.

“Bu gün bu dağıdıcı xətt idarə olunan regional ittifaqların yaradılması yolu ilə dövlətlərarası münasibətlər sistemini yenidən formatlaşdırmaq istəyində özünü göstərir”, - Şoyqu bildirib.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, kollektiv Qərb Ukrayna münaqişəsinin köməyi ilə Çinə təhlükə yaratmağa, eləcə də dünyada özünün inhisarçı mövqeyini saxlamağa çalışır.

Nazir şantaj, hədə-qorxu, dezinformasiya, rəngli inqilabların təşkili və dövlət çevrilişlərini Rusiya kimi Qərbin əlaməti adlandırıb.

Şoyqu bu görüşdə həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar və müttəfiqləri qlobal üstünlüyünü saxlamaq cəhdi ilə qlobal təhlükəsizlik arxitekturasını ciddi şəkildə aşındırıblar. Lakin buna baxmayaraq, hazırda çoxqütblü dünyanın qurulması prosesi gedir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN