Aprelin 28-də Rusiyaya məxsus raketlərdən biri Ukraynanın Çerkasski vilayətinin Uman şəhərində çoxmərtəbəli yaşayış binasına düşüb.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 16 nəfər ölüb.

Çerkasski vilayəti administrasiyasının rəhbəri İqor Taburets bildirib ki, ölənlər arasında üç uşaq var.

Dağıntılar altından 17 nəfər çıxarılıb, 18 sakin xəsarət alıb, 12 nəfər xəstəxanaya yerləşdirilib.

Çerkasski vilayəti ilə yanaşı, Dnepropetrovsk və Kiyev vilayətləri də atəşə tutulub. Dneprdə fərdi yaşayış binası dağıdılıb, iki yaşlı qız və 31 yaşlı qadın həlak olub.

 Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Rusiya aviasiyası “Ukrayna ehtiyatlarının irəliləməsini pozaraq” uzaqmənzilli qanadlı raketlərlə qrup zərbəsi endirib.

“Bu gecə Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin ehtiyat hissələrinin müvəqqəti yerləşdirilmə məntəqələrinə havadan buraxılan uzaqmənzilli dəqiqlikli silahlarla qrup raket zərbəsi endirib. Hədəf zərbəsi alınıb. Bütün təyin edilmiş obyektlər vurulur. Düşmən ehtiyatlarının döyüş bölgələrinə irəliləməsi dayandırılıb”, - məlumatda deyilir.

 Xatırladaq ki, 1 ildən artıqdır ki, Ukraynada müharibə gedir.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Qeyd edək ki, Ukraynada bu dəhşətli müharibə səbəbindən 500-dən çox uşaq həyatını itirib, 1000-ə yaxını isə yaralanıb. Bu, UNİSEF-in aprel ayının birinci həftəsinə olan məlumatıdı. Bildirilir ki, bu rəsmi rəqəmlərdir, reallıqda isə bundan daha çox ola bilər... 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN