Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Saratovka kəndində qeydə alınıb.

Belə ki, "Toyota" markalı minik maşını idarəetmədən çıxıb və aşıb. Qəza zamanı səkkiz nəfər - 2008-ci il təvəllüdlü Musayev Aysel Vüqar qızı, 1987-ci il Məmmədova Aytəkin Həsən qızı, 1964-cü il təvəllüdlü Həsənova Çiçək İsmayıl qızı, 2008-ci il təvəllüdlü Musazadə Leyla Vüqar qızı, 1987-ci il təvəllüdlü Əsgərova Samirə Qəzənfər qızı, 1988-ci il təvəllüdlü Musayeva Vəfa Qəzənfər qızı, 2009-cu il təvəllüdlü Musazadə Fatimə Vüsal qızı və 2018-ci il təvəllüdlü Musayev Camal Vüsal oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN