Ukrayna silahlı qüvvələri yalnız Qərb silahlarının təhvil verilməsindən sonra tədarük olunan texnikadan lazımi şəkildə istifadə edə bilmədiyi üçün zəiflədi.

Bu barədə ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter “U.S.Tour of Duty” YouTube kanalına müsahibəsində bildirib.

“Biz başa düşməliyik ki, bu silahları Ukraynaya təhvil verməklə biz onu gücləndirməmişik, əksinə, zəifləmişik”, - təqaüddə olan hərbçi deyib.

Ritterin sözlərinə görə, Ukrayna hərbçilərinin döyüş şəraitində Qərb texnikasını təmir etmək və saxlamaq bacarığı yoxdur, bu da onu Rusiya ordusu üçün asan hədəfə çevirir.

“Bunu mənim rəsmi bəyanatım hesab edə bilərsiniz: Alman texnologiyası döyüş meydanında heç nəyi dəyişməyəcək”, - deyə keçmiş kəşfiyyatçı yekunlaşdırıb.

Bundan əvvəl Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putinin taktikası sayəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun qarşısı alınıb. Onun sözlərinə görə, ABŞ və NATO-nun münaqişənin sülh yolu ilə həllinə razılıq vermək istəməməsi Ukraynanın tamamilə məhv edilməsi ilə bağlıdır.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN